AÇ - 2018: Son medalı Cəmaləddin qazandı

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır. 

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşə qatılıb. Burada o, Belaruslu rəqibini məğlub edərək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 

125 kq

Bürünc medal görüşü - Cəmaləddin Məhəmmədov - Muradin Kuşkov (RUS) 3-0

Təsəlliverici görüş - İbrahim Saidau (BLR) - Cəmaləddin Məhəmmədov 2-3
1/4 final - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR) 2:4