Şərif Şərifov: Sadullayevə qalib gələ bilərdim, ancaq alınmadı...
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Sərbəst güləş üzrə 92 kq çəki dərəcəsində gümüş medal qazanan Şərif Şərifov çempionat haqqında fikirlərini bölüşüb.