Elxan Məmmədovdan qol və avtoqol - FOTOLAR

Azərbaycanın mərhum futbolçusu Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar veteranlarından ibarət "Təcrübə” komandası ilə ictimaiyyət nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş "Futbol funksionerləri” komandası arasında yoldaşlıq oyunu keçirilib.
 
 Bayıl stadionunda keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib. Topa ilk toxunuşu AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov,  Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və vetarn hakim Rüstəm Rəhimov edib.
 
Ağasəlim Mircavadovun baş məşqçisi olduğu "Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi "Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə məğlub edib. Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurub. "Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müsfiq Hüseynov və Elxan Məmmədov olub.
 
Qeyd edək ki, Ələkbər Məmmədov Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası və məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub. 