Topaz Premer Liqasının püşkü atıldı
Bu gün AFFAnın inzibati binasında Topaz premer liqasında yeni mövsümün püşk atma mərasimi keçirilib. Olimpsport.az xəbər verir ki birinci turun açılış oyunu Qəbələ şəhərində baş tutacaq və "Qəbələ" "Kəpəz"i qəbul edəcək. "Qarabağ" doğma meydanda "İnter"i sınağa çəkəcək. Ötən mğvsüm ikinci olan "Zirə" doğma azarkeşlər önündə "Sumqayıt" la qarşılaşacaq. "Neftçi isə AZALın qonağı olacaq.
Qeyd edək ki, Topaz Premer Liqası avqustun 6-sı start götürəcək və oyunlar iki gün ərzində keçiriləcək.