“Bakı Marafonu - 2018”də rekord sayda iştirakçı
"Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaq.
Bu barədə "Report”a layihənin icraçısı olan "Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov bildirib.
O deyib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.
A.Əhmədovun sölərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.
Qeyd edək ki, mayın 13-də keçiriləcək "Bakı Marafonu - 2018” saat 10:00-da start götürəcək.
2016-cı ildə Bakıda təşkil olunan marafona 7 min, ötən il isə 13 mindən çox şəxs qatılıb. 2017-ci ildə Gəncədə keçirilən marafonda isə 11 min nəfər iştirak edib.