Nazir "Sumqayıt"ın oyununda
"Sumqayıt" və "Qəbələ" komandaları arasında keçirilən Topaz Premyer Liqasının XXVII tur matçını ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də izləyir.
M.Babayev matça klubun prezidenti Riyad Rəfiyevlə birgə baxır. "Sumqayıt"ın Müşahidə Şurasının sabiq üzvü ilk dəfə fəxri tribunada yer alıb. O, əvvəllər oyunu tribunada deyil, üzbəüz tərəfdən izləyirdi.
Qeyd edək ki, Muxtar Babayev nazir təyin olunduqdan sonra Müşahidə Şurası üzvlüyündən istefa verib.