Çempionlar Liqasının finalı BOS-da

Mayın 26-da İspaniyanın "Real Madrid” və İngiltərənin "Liverpul” komanaları arasında keçiriləcək Çempionlar Liqasının final matçını televiziya vasitəsilə Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq.
 
Bunun üçün arenanın kənarında böyük monitor quraşdırılacaq. Qiyməti 5 – 10 manat təşkil edəcək biletləri oyun günü stadionda satışda olacaq. Giriş saat 20:30-a təyin edilib.
 
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.