Güləşçimiz olimpiadaya lisenziya qazandı

Azərbaycanın qadın güləşçisi Şahanə Nəzərova oktyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 
 
 43 kq çəki dərəcəsində yer alan Nəzərova buna Makedoniyanın paytaxtı Skopyedəki Avropa çempionatında nail olub. O, ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda rusiyalı rəqibinə də heç bir şans verməyən yeniyetmə pəhləvan həm çempionatın finalına yüksəlib, həm də olimpiadaya vəsiqə qazanıb. Mirzəzadə isə yarımfinalda uduzduğundan, bürünc medal uğrunda görüşə çıxacaq.
 
Final görüşləri mayın 17-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində finala yüksələnlər və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.