Rövnəq Abdullayevə ilk bilet - FOTO
AFFA-nın prezidenti Rövnəq Abdullayev Fransanın Lion şəhərindəki "Stade de Lyon” stadionunda "Marsel” (Fransa) və "Atletiko” (İspaniya) komandaları arasında keçirilmiş Avropa Liqasının final matçını izləyib.
Oyundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin Avroliqanın 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib. Simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Qeyd edək ki, Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.