Daha bir güləşçimiz olimpiadada!

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 
 
Qızıl medal qazanan Turan Bayramov həm də oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bayramov finalda rusiyalı Maqomed Abdulkadirova 9:0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. 
 
Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) gümüş, Əlihəsən Əmirli (48 kq) bürünc medala sahib olub. 
 
Qeyd edək ki, daha əvvəl qadın güləşçi Şahanə Nəzərova (43 kq) da olimpiadaya lisenziya qazanıb. O, Avropa çempionatında finala yüksəlib.