Güləşçimiz bürünc müdal qazandı

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında Azərbaycanın qadın güləşçisi Ayşən Yusifova bürünc medal qazanıb. 
 
46 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə almaniyalı Rebekka Marçı məğlub edib.
 
61 kq çəkidə yarışan Jalə Əliyeva isə 1/8 final-da polşalı Zofia Polovczyka uduzaraq mübarizəni ilk mərhələdə dayandırıb. 
 
46 kq
Bürünc medal görüşü - Rebekka Març (GER) - Ayşən Yusifova 1:2
1/2 final - Ayşən Yusifova - Albina Rillia (UKR) 2:6
1/4 final - Şeyma Kızmaz (TUR) - Ayşən Yusifova 0:8
 
61 kq
1/8 final - Zofia Polovczyk (POL) - Jalə Əliyeva 16:6