Qurban Qurbanov üçün yubiley matçı

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində dünən baş tutan Çexiya "Viktoriya"sı ilə ilk oyun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün yadda qalan olub. Olimpsport.az xəbər verir ki, Ağdam klubu Qurban Qurbanovun başçılığı altında 350-ci matçına çıxıb.

Bu 350 matçda "Qarabağ" 189 qələbə qazanıb, 96 heç-heçə edib və 65 dəfə məğlub olub.

"Qarabağ"ın Qurban Qurbanovun rəhbərliyi altında keçirdiyi 350 matçdan 258-i çempionat, 55-i avrokubok (11-i Çempionlar Liqası, 44-ü Avropa Liqası), 37-si Azərbaycan kubokuna təsadüf edib.