Millimizdən əzmkar qələbə

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasının II turunda Portuqaliya ilə üz-üzə gəlib.
 
 A qrupunda yer alan yığma ikinci görüşünü də qələbə ilə başa vurub - 3:1.
 
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk setdə uduzsa da, sonrakı üç setdə rəqibindən üstün olub və əzmkar qələbə qazanıb.
 
Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1 hesabı ilə qalib gəlib.
 
 
Qızıl Avropa Liqası
A qrupu, II tur
 
18:00. Azərbaycan - Portuqaliya 3:1 (24:26, 25:17, 25: 14, 25:17)  
Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Voleybol Mərkəzi