Azərbaycan idmanının 100 ilini əhatə edən kitab işıq üzü görüb
İdman sahəsində 100 illiyi əhatə edən monoqrafiya işıq üzü görüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm Quliyevin yeni kitabı işıq çap olunub.
"Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-1920) monoqrafiyasından bəhs edən kitabda bir əsri əhatə edən dövrdə idman və tərbiyəsində qazanılan uğurlardan bəhs olunub. Üç fəsildən ibarət monoqrafiyada ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğısı öz əksini tapıb. Bundan başqa müstəqillik illərində, eləcə də ondan əvvəlki müddətdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı, Xalq Cümhuriyyətinin 100 illiyi dövründə Olimpiya oyunlarında, dünya və Avropa çempionları və mükafatçılarının uğurları ətraflı təhlil olunub. Monoqrafiyada Azərbaycanın görkəmli idmançıları, əməkdar bədən tərbiyəsi və idman xadimləri, kütləvi bədən tərbiyəsi və idmanın, qadın idmanının inkişafından da bəhs olunub. Müəllif bu kitabında ölkəmizdə yaradılan idman infrastrukturundan, Olimpiya İdman Komplekslərinin yaradılmasından bəhs edən mövzulara geniş yer ayırıb.