"Qarabağ"dan ilk

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər oyununda uduzmayan ilk Azərbaycan klubu olub. Olimpsport.az saytının  Apasporta istinadən veriyi  məlumata görə, Çexiyada yerli “Viktoriya” ilə qolsuz heç-heçə edən ağdamlılar özünün 3-cü, təmsilçilərimizin 5-ci cəhdində bunu reallaşdırıb.

 

Bunadək qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində rəqib meydanına çıxan komandalarımız qol vurmadan məğlub olublar. 2009-cu ildə “Bakı” Bolqarıstanda “Levski”dən 2, 2012-ci ildə “Neftçi” İsraildə Kiryat-Şmona “Hapoel”indən 4 cavabsız qol buraxmışdı.

 

Bu uğursuz ənənəni son 2 ildə davam etdirən isə “Qarabağ” olub. 2014-cü ildə Avstriyada “Zalsburq”dan 2, 2015-ci ildə Şotlandiyada “Seltik”dən 1 cavabsız qol buraxan “Qarabağ” mərhələni keçə bilməməyə görə səfər yenilgisinə təəssüflənmişdi.