Şahmatçımız dünya çempionu oldu - FOTO
İtaliyanın Sardiniya adasının paytaxtı Kalyaridə reytinqi 2300-ə qədər olan həvəskar şahmatçılar arasında keçirilən dünya çempionatına yekun vurulub.
Cempionatda 21 ölkədən 45 şahmatçı üç qrupda (reytinqi 1700-ə qədər, 2000-ə qədər, 2300-ə qədər olanlar) mübarizə aparıb. Azərbaycan şahmatçısı, 1987-ci il təvəllüdlü Kənan Hacıyev də onlar arasında olub. İsveçrə sistemi üzrə keçirilən turnirdən əvvəl reytinqi 1959-a bərabər olan Hacıyev bu mənada hamıdan geridə olsa da, bütün rəqiblərinə qalib gəlməklə 9 xal toplayıb. Ona qalib kimi 500 avro, kubok və qızıl medal verilib.
Mükafatlandırma mərasimində Azərbaycan himni də səslənib.