Samuel Eto'o "Beşiktaş"da

"Beşiktaş” klubu  Mario Qomezin gedişindən sonra hücumda yaranan boşluğu "Antalyaspor”un hücumçusu Samuel Eto`o ilə doldurmaq niyətindədir.

Olimpsport.az xəbər verir ki, "qara qartallar” ulduz futbolçunun keçidi ilə bağlı "Antalyaspor”la razılığa gəlib. "A Spor” telekanalı iddia edir ki, tərəflər arasında bu gün görüş baş tutub və razılıq əldə olunub. İddiaya görə, "Beşiktaş” Eto`oya görə "Antalyaspor”a 12 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, karyerası ərzində "Real”, "Barselona”, "İnter” və "Çelsi” kimi komandalarda oynamış Eto`o ötən mövsümün əvvəlindən "Antalyaspor”da çıxış edir. O, komandanın heyətində 31 oyunda 20 dəfə fərqlənməyə nail olub.