Elxan Abadullayev: "Riad Rəfiyevə mesaj yazmışam"

"Sumqayıt”dan təklif almamışam. Ümumiyyətlə, bununla bağlı klub rəhbərliyi ilə heç bir söhbətim olmayıb”.
 
Bunu  "Sumqayıt” komandasının baş məşqçi postuna namizəd göstərilən Elxan Abdullayev deyib. 48 yaşlı mütəxəssis bildirib ki, Riad Rəfiyev Sumqayıt təmsilçisinin prezidenti təyin olunduqdan sonra onu təbrik edib: "Rəfiyevlə yaxşı münasibətim olduğu üçün bu komandanın baş məşqçisi olacağımla bağlı deyilənləri başa düşmürəm. Bilmirəm, bu söhbət hardan çıxıb. Məgər baş məşqçini dost-tanış arasından seçirlər? Mənim bütün klub rəhbərləri, futbol adamları ilə yaxşı münasibətim var. Rəfiyev də "Sumqayıt”ın prezidenti təyin ediləndə, mesaj yazıb, təbrik etmişəm. Vəssalam, başqa söhbət olmayıb”.
 
Qeyd edək ki, "Sumqayıt”ın baş məşqçisi Samir Abasov klubla başa çatan müqaviləsinin müddətini uzatmaqdan imtina edib.(sportnet)