Zabit Səmədov növbəti döyüşə çıxacaq

Məşhur azərbaycanlı kikboksçu Zabit səmədov  avqust ayının 23-də Qroznı şəhərində növbəti döyüşünə çıxacaq.

Olimpsport.az xəbər verir ki, kikboksinqin WBC Muay Thai versiyası üzrə, çempionluq titulu uğrunda baş tutacaq döyüşdə rəqib, Rumıniyanın tanınmış döyüşçüsü Katalin Moroşanu olacaq.

Qeyd edək ki, döyüş Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq üzrə turnir çərçivəsində baş tutacaq.