Xəyalə Şahlarlı : "Hədəfimiz Azərbaycanın ən böyük fan klubuna çevrilməkdir"

Ölkəmizdə kişilərin futbola olan marağına, tribunaları doldurduğu anlara daha çox rast gəlinirdi. Son illər isə bu sözü artıq xanımlar üçün də deyə bilirik. 2 gün öncə Azərbaycan futbolu üçün tribunalara daha bir yeni ad gəldi. Ən əsası isə bu bəylərin deyil, xanımların adı ilə bağlıdır. "Ladies of Neftçi"... Bəli, “Neftçi” nin xanım azarkeşlərindən ibarət fan klub. Sözü gedən fan klubun yaradıcısı CBC Sport kanalının əməkdaşı Xəyalə Şahları oldu. Sizə də maraqlıdır Xəyaləni bu addımı atmağa nə vadar etdi? Elə isə bu və başqa bir sıra sualların cavabını elə Xəyalənin özündən soruşaq.

Hamı bilir ki, Azərbaycanda xanımlardan ibarət ilk fan klub “Ladies of “Qarabağ “ “ dır. Çox istərdim ki, hər hansı başqa bir klubun da xanımlardan ibarət fan klubu olsun. “Neftçi” klubu üçün bunu daha çox istəyirdim. Çünki özüm də “Neftçi” azarkeşiyəm və dedim “Niyə də olmasın?!”. Əslində bunu çoxdan- bir neçə ay əvvəlcədən düşünürdüm. Bəs niyə məhz “Ladies of “Neftçi” ? Çoxları deyir ki, “Ladies of “Qarabağ” “ adlı fan klub var, və “Ladies of “Neftçi” “ artıq plagiat kimi səslənir və s. Əslində isə niyyətim tamam başqadır. Bir növ bu halı ənənəyə çevirmək. Olsun, qoy standart adla olsun. Bəlkə də gələcəkdə “Ladies of “Qəbələ” “ , “Ladies of “Kəpəz” “ və s. yarandı. Azarkeşlər arasında rəqabət Azərbaycan futboluna, çempionatına çox gözəl rəng qatar.

Lideri olduğunuz fan klubda qeydiyyata start verilib?“Neftçi”nin xanım azarkeşləri fan kluba qatılmaq üçün nə etməlidirlər?

Bəli, qeydiyyata dünəndən başlayaraq start verilib. Fan klubumuzun istagram səhifəsinin mesaj bölümünə ad, soyad və mobil nönrələrini yazmaqla qatıla bilərlər. Daha sonra biz həmin xanımları fan klubun “whatsApp” qrupuna daxil edirik. Qeydiyyat tamamilə bitdikdən sonra isə artıq növbəti mərhələdəki işləri görməyə başlayacıq.

“Ladies of “Neftçi” “nin- “Neftçi”nin zərif azarkeşlərinin qarşısında duran ən mühüm hədəf nədir?

Əsas hədəf fan klubu böyüdüb inkişaf etdirərək Azərbaycanın ən böyük fan klublardan birinə çevirməkdi.

“Ladies of “Neftçi” “yə bol-bol uğur, nailiyyətlər arzulayırıq. Sənə isə suallarımızı cavablandırdığın üçün təşəkkürümüzü bildiririk.

Mən də sizə təşəkkürümü bildirirəm. Qeyd edək ki, Xəyalə Şahlarlının da adını çəkdiyi “Ladies of “Qarabağ” “ -Azərbaycanda, Qafqazda xanımlardan ibarət ilk fan klub, hal-hazırda CBC Sport kanalının əməkdaşı olan Vasif Acalov tərəfindən yaradılmışdı. . Fan klub artıq 4 ildir ki, fəaliyyət göstərir. “Ladies of “Qarabağ” “Qarabağ “klubunun avrokubok oyunlarında möhtəşəm dəstəyi ilə Avropa mediasının da diqqətini cəlb etmişdi.

NURiyə Zeynal