Dağıstanda cəmi bir medal

Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. 
 
Turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. 
 
60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Zaur Nuriyev fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.