Güləşçimiz Avropa çempionu oldu

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb.
 
 
 87 kq çəki dərəcəsində yer alan İslam Abbasov qızıl medala sahib olub.
 
O, yarımfinaladək Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib. Finala gedən yolda macarıstanlı rəqibinə də heç bir şans verməyən Abbasov həlledici görüşdə xorvatiyalı rəqibini də yenərək, Avropa çempionu olub.
 
Azərbaycanın 55 kq çəkidəki təmsilçisi Zaur Əliyev isə ilk görüşünü qələbə ilə başa vursa da, növbəti qarşılaşmasında erməniyə uduzaraq, mübarizəni dayandırıb. 
 
U-23 Avopa çempionatı
55 kq
1/4 final. Norayr Haxoyan (Ermənistan) - Zaur Əliyev - 10:1
1/8 final. Nedyalko Petrov (Bolqarıstan) - Zaur Əliyev - 4:12
 
87 kq
FİNAL. İvan Huklek (Xorvatiya) - İslam Abbasov - 1:4
1/2 final. Attila Vitek (Macarıstan) - İslam Abbasov - 1:7
1/4 final. Yoan Dimitrov (Bolqarıstan) - İslam Abbasov - 2:10
1/8 final. İslam Abbasov - Qazi Xəlilov (Rusiya) - 12:3