BC Sportun şərhçiləri İTV-də

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının bir sıra oyunlarını Azərbaycan futbolsevərlərinə qarşılıqlı razılıq əsasında "CBC Sport”un aparıcı şərhçiləri təqdim edəcək.
 
Bu barədə telekanalın yaydığı bəyanatda bildirilir. Rəsmi açıqlamada deyilir ki, Oyunların təqdim edilməsi prosesinə CBC Sport şərhçilərinin cəlb olunması matçların sayının çoxluğu ilə əlaqədardır. Həmin oyunlar yalnız İctimai Televiziya kanalının efirində göstəriləcək.
 
Qeyd edək ki, 14 iyun - 15 iyulda keçiriləcək dünya çempionatının rəsmi yayım hüququ İctimai Televiziyaya məxsusdur.