"Bavariya" "Milan"a uduzdu

Bu gün Beynəlxalq Çempionlar Kubokunda daha bir oyun keçirilib. Olimpsport.az xəbər verir ki, "Bavariya" "Milan"la qarşılaşıb. Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Lotoreyada daha dəqiq olan "Milan" 5:3 hesabı ilə qalib gəlib.