Bordin millimizin oyununda
"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının (U-21) yoldaşlıq görüşünü izləyir. 53 yaşlı italiyalı mütəxəssis U-21 yığmamızın macarıstanlı həmyaşıdları ilə qarşılaşmasını seyr etmək üçün "Dalğa Arena"ya təşrif buyurub.
Bordin "Neftçi"nin rəhbərliyi - prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovla birgə VİP lojada yer alıb.
Xatırladaq ki, "Neftçi" bu gün Bakı Olimpiya Stadionunda yeni baş məşqçisinin təqdimat mərasimini keçirib.