Rauf Rüstəmov - 36

Bu gün "Tovuz Gənclər Evi"nin direktoru Rauf Rüstəmovun ad günüdür. Olimpsport.az-ın məlumatına görə O, 1982-ci ildə hərbçi ailəsində dünyaya gəlib. Ehtiyyatda olan Polkovnik Rüstəm Rüstəmovun övladı olan Rauf bəy Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dovlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Bir neçə il tibb sahəsində fəaliyyət göstərən Rauf Rüstəmov 2017- ci ildə Tovuz Gənclər Evinin direktoru vəzifəsinə təyin olunub. Bu müddət ərzində onun rəhbərliyi altında bir çox tədbirlər həyata keçirilib. Tovuzlu gənclərin vaxtlarını səmərəli keçirmək üçün müxtəlif dərnəklər fəaliyyətə başlayıb. 

Ümumiyyətlə, Rauf Rüstəmov idman sahəsinə xüsusi marağı olan insandır. O, dəfələrlə beynəlxalq idman yarışlarında ölkəmizi klub səviyyəsində təmsil edən komandalara rəhbərlik edib. Təsadüfi deyil ki, hazırda rəhbəri olduğu gənclər evində yaratdığı müxtəlif idman növləri üzrə dərnəklərdən qısa müddət ərzində Respublika mükafatı qazanmış idmançılar yetişib.

Qeyd edək ki, eyni zamanda Tovuz Autizm İdman Klubunun da təsisçisi olan Rauf Rüstəmovun ölkənin idman mətbuatında da xidmətləri var. Belə ki, o, uzun illərdir ki, "Olimpsport" jurnalı və "Olimpsport.az" saytı ilə yaxından əməkdaşlıq edir. Azərbaycan Mətbuat Şurasının üzvüdür. Biz də Rauf Rüstəmovu kollektivimiz adından təbrik edir, ona möhkəm can sağlığı və daha böyük uğurlar arzulayırıq.