Yeniyetmələr arasında açıq respublika çempionatı keçiriləcək

İyulun 30-u və 31-i Balakən rayonunda SSRİ idman ustası İsmayıl Çöpsiyevin 70 illik yubileyinə həsr olunmuş yeniyetmə güləşçilər arasında açıq respublika turniri keçiriləcək.

Olimpsport.az xəbər verir ki turnirdə 2000,20001 və 2002-ci il təvəllüdlü güləşçilər iştirak edəcək. Balakən İdman Olimpiya kompleksində keçiriləcək yarışların çəki mərasimi sabah saat 18:00-da baş tutacaq.

Qeyd edək ki, İsmayıl Çöpsiyev dünya və Avropa çempionu Rəsul Çunayevin müəllimidir.