Dodoya millimizin forması hədiyyə olundu - FOTOLAR

"Qəbələ"nin braziliyalı sabiq kapitanı Luis Hilarioya Azərbaycan milli komandasının forması hədiyyə olunub.  Dodo ləqəbiylə tanınan 31 yaşlı yarımmüdafiəçiyə bunu keçmiş komanda yoldaşı Ürfan Abbasov edib.

 

Belə ki, "qırmızı-qaralar"ın heyətində oyun sayında rekordçu olan 26 yaşlı Abbasov yaşının arxasında əks olduğu "26 nömrə"li futbolkanı "sambaçı" dostuna bağışlayıb.

 

Dodo bununla bağlı "Facebook"dakı şəxsi səhifəsində status paylaşıb: "Həmişə belə fikir səsləndirmişəm ki, ürəyimdə yalnız futbol yox, dostunla bağlı xoş xatirələr də yer alıb. Onda da demişdim ki, sənə dəstək olacam və bu gün səni yığmada görürəm. Bundan xoş heç nə ola bilməz. Hədiyyənə görə sağ ol. Səni sevirəm azəri qardaşım Ürfan Abbasov".

 

Dodo Abbasovdan forma həsiyyəsini şəxsən aldığını paylaşdığı şəkildən düşünmək olar. Belə ki, braziliyalı futbolçu hazırda Latviyada - "Riqa" klubunda oynayır. Millimizin də yoldaşıq görüşü keçirmək üçün bura gəldiyini nəzərə alsaq, Ürfan "Qəbələ"də oyun sayında artıq qabaqladığı braziliyalı rekordçuyla Latviya paytaxtında görüşüb. 

 

Xatırladaq ki, Abbasovla Dodo "Qəbələ"də 2012-16-cı illərdə birgə oynayıblar.