İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev futbol üzrə DÇ-2018-in açılış mərasimində iştirak edəcək. Bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

 

Açılışa Rusiya prezidenti Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan da qatılacaq. Bu da Azərbaycan Prezidenti və Ermənistanın yeni liderinin faktiki qatıldığı ilk tədbir olacaq. 

 

Xatırladaq ki, mundialın açılış mərasimi iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək. Açılışdan sonra çempionatın ilk qarşılaşması – Rusiya - Səudiyyə Ərəbistanı matçı keçiriləcək.