"Qəbələ" Fransa səfərində

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Olimpsport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” növbəti avrokubok matçına çıxacaq. Ötən mövsüm turnirin qrup mərhələsində çıxış etmiş Roman Qriqorçukun komandası həmin uğuru təkrarlamaq üçün öncə “Lill” səddini aşmalıdı. "Qirmızı-qaralar" bu mövsümdə keçirdyi bütün oyunlarda qol vurmağı bacarıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

28 iyul

 

21:00. "Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis

Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)

Hakim-inspektor: Frank de Bleker (Belçika)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

Lill. “Pyer Morua” stadionu