“Qəbələ”ni nə qədər azarkeş dəstəkləyəcək?

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Lill”in qonağı olacaq “Qəbələ”  klubu dəstəksiz qalmayacaq. Olimpsport.az saytı Apasport.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”a təxminən 50 fanat dəstək olacaq.

 

Belə ki, Avropada yaşayan azərbaycanlılar kluba bununla bağlı müraciət ediblər.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək