İspaniya millisi baş məşqçisini qovdu

İspaniya milli komandasının baş məşqçisi Xulen Lopetegi dünya çempionatının startına bir gün qalmış tutduğu postdan qovulub. 
 
Bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib. Rubiales belə bir qərarı verməyə məcbur olduqlarını bildirib: "Lopetegiyə uğurlar arzulayırıq. İspaniya yığması nəyə nail olsa, onun işinin əməyi olacaq".
 
Son dünya çempionu DÇ-2018-də ilk görüşünü iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək. Lopetegi yığmaya 2016-cı ildən rəhbərlik edirdi. 
 
Qeyd edək ki, iyunun 12-də "Real Madrid" klubu yeni baş məşqçisinin Xulen Lopetegi olacağını açıqlayıb. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.