"Oyuna hazırıq"-Teo Uiks

“Qəbələ”nin yeni transferi Teo Uiks oyundan öncə bushchicken.com saytına açıqlama verib.

Olimpsport.az xəbər verir ki komandası barədə müsbət fikirlər səsləndirən Uiks bugünkü qarşılaşmanın asan olmayacağını etiraf edib: “Futbol oynamağa çalışacağıq. Matça yaxşı hazırlaşmışıq. Həm oyuna, həm də növbəti mərhələyə keçməyə tam hazırıq. Amma bilirik ki, çətin görüş olacaq. Buna baxmayaraq, komandamda keyfiyyət olduğuna əminəm. İlk mərhələdən mübarizəyə başlamışıq və bura qədər irəliləmişik. Güclü komandalarla qarşılaşsaq da, onları mübarizədən kənarlaşdıra bilmişik. Həm fiziki, həm də psixoloji baxımdan “Lill”lə oyuna da hazırıq”.

 

Qeyd edək ki, “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da “Pyer Morua” stadionunda keçiriləcək.