Millimizin üzvlərindən master-klass - FOTOLAR

IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və AFFA-nın birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib.
 
 Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyevin apardığı master-klassa 50-dək uşaq qoşulub.
 
Millinin üzvləri uşaqlarla təcrübələrini bölüşüb və onlarla birgə futbol oynayıblar. Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar hədiyyə edilib.
 
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkədə aparılan idman siyasətinə dəstək olmaqdır.