DÇ-2018: Cüneyt Çakıra ilk təyinat
Rusiyada keçiriləcək dünya çempionatında növbəti 3 oyunun hakim təyinatları açıqlanıb.
A qrupunda baş tutacaq Misir - Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra köməklik edəcək.
B qrupunda baş tutacaq Portuqaliya - İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonolini olacaq.
B qrupunun digər oyunu Mərakeş - İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Yan xətt hakimi funksiyasını isə Bahattin Duran və Tarık Orgun yerinə yetirəcək.
Qeyd edək ki, hər 3 qarşılaşma iyunun 15-i baş tutacaq. Misir - Uruqvay Bakı vaxtı ilə 16:00-da, Portuqaliya - İspaniya 22:00-da, Mərakeş - İran görüşü isə 19:00-da başlanacaq.