UEFA-dan "Qalatasaray"a ağır cəza

UEFA Türkiyənin "Qalatasaray" klubunun cəzasını açıqlayıb. 
 
 Avropa ali futbol qurumu "Cim-Bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib. 
 
Qərara əsasən, bunun 6 milyonu avrosu nağd, qalan 9 milyon avrosu isə şərtlər yerinə yetirilmədiyi təqdirdə, ödəniləcək. 
 
Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olduğundan, futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq. 
 
Eyni zamanda "aslanlar" 2018-2019 mövsümündə 20 milyon avro, 2019-2020 mövsümündə 10 milyon avro ziyan edə bilər, 2020-2021 mövsümünü isə zərərsiz başa vurmalıdır.