Mundialın rekordları
Bu gün Rusiyanın paytaxtı Moskvada DÇ-2018 start götürəcək.
Mundial ərəfəsində bir sıra rekordları təqdim edirik:
Ən çox çempion olan ölkələr: Braziliya – 5 (1958, 1962, 1970, 1994, 2002), Almaniya – 4 (1954, 1974, 1990, 2014), İtaliya - 4 (1934, 1938, 1982, 2006)
Ən böyük hesablı qələbə: Macarıstan – Cənubi Koreya 9:0, Yuqoslaviya – Zair 9:0
Ən erkən qol: Hakan Şükür – 10,8 saniyə, Türkiyə - Cənubi Koreya 3:2 (2002)
Mundiallarda ən çox iştirak edənlər: Antonio Karvaxal (Meksika, 1950—1966), Lotar Matteus (AFR, Almaniya, 1982—1998), Canluici Buffon (İtaliya, 1998 — 2014) – 5 mundial
Ən çox oyun keçirən: Lotar Matteus – 25 oyun
Ən yaxşı bombardir: Miroslav Kloze (Almaniya 2002—2014) – 16 qol
Bir mundialda ən çox qol vuran: Jüst Fonten (Fransa, 1958) – 13 qol
Bir oyunda ən çox qol vuran: Oleq Salenko (Rusiya, 1994) – 5 qol, Rusiya – Kamerun 5:1
Ən gənc futbolçu: Pele (Braziliya, 1958) - 17 yaş 249 gün
Ən yaşlı futbolçu: Fərid Mondraqon (Kolumbiya, 2014), 43 yaş 3 gün
Ən yaşlı qol müəllifi: Roje Milla (Kamerun, 1994) – 42 yaş 39 gün
Futbolçu kimi ən çox dünya çempionu: Pele (Braziliya) - 3 qat (1958, 1962, 1970)
Futbolçu və məşqçi kimi ən çox dünya çempionu: Mario Zaqallo (Braziliya) – 4 qat (1958,1962,1970,1994)
Tam medal komplektinə sahib olanlar: Frants Bekkenbauer, Xorst-Diter Xettqes, Volfqanq Overat, Miroslav Kloze (hamısı Almaniya)
Ən çox iştirak edən yığma: Braziliya – 20 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)
Finalda ən çox oynayan yığma: Almaniya – 8 dəfə
Ən çox oyun keçirən məşqçi: Helmut Şön (Almaniya, 1966 - 1978) – 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)
Baş məşqçi kimi ən çox dünya çempionu olan: Vittorio Pottso (İtaliya) – 2 dəfə (1934 və 1938)
Ən çox oyun idarə edən hakim: Ravşan İrmatov (Özbəkistan) – 8 dəfə (2010 və 2014) (sportnet)