Salah Uruqvayla oyuna hazırdır
İngiltərə "Liverpul"unun və Misir millisinin futbolçusu Məhəmməd dünya çempionatında iyunun 15-də keçiriləcək Uruqvayla matçda iştirak etməyə hazırdır.
26 yaşlı yarımmüdafiəçi artıq yığma komanda ilə ümumi məşqlərdə də iştirak edir. Salah Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"inə 1:3 hesabı ilə uduzduqları matçda çiynindən zədələnib.
Qeyd edək ki, Misir - Uruqvay matçı sabah Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.