DÇ-2018: Rusiya darmadağınla başladı
Rusiyada Futbol üzrə dünya çempionatı start götürüb.
Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı komandaları üz-üzə gəliblər. Moskva şəhərinin "Lujniki” stadionunda baş tutan qarşılaşma rusların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Mundialda ilk qolun müəllifi Yuri Qazinski olub. O, 12-ci dəqiqədə fərqlənib. 24-cü dəqiqədə isə meydan sahibləri məcburi əvəzləməyə əl atıblar. Alan Zaqoyev zədələndiyi üçün yerini Denis Çerışevə verib. Çerışev isə 43-cü dəqiqədə Rusiya yığmasının ikinci qolunu vurub. Fasilədən sonra təşkilatçı ölkə komandası daha 3 dəfə fərqlənib. 71-ci dəqiqədə Artyom Dzyuba fərqi 3-ə yüksəldib. Uzatma dəqiqələrində isə Çerışev özünün ikinci, komandasının dördüncü qolunu vurub. Oyunda son nöqtəni Aleksandr Qolovin qoyub.