Misir - Uruqvay matçının ən yaxşısı açıqlandı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Misir – Uruqvay matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Misir yığmasının qapıçısı Məhəmməd Əl Şanavi seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Misir yığması son dəqiqələrdə buraxdığı qolla Uruqvaya 0:1 hesabıyla uduzub. Buna baxmayaraq, misirlilərin qolkiperi oyun ərzində bir neçə qurtarışı ilə hesabın daha böyük olmasına imkan verməyib.