Azarkeşlər "Qəbələ"yə inanır.
Bu gün Avropa liqasında III mərhələnin ilk oyunları keçiriləcək. Turnirdə yeganə təmsilçimiz "Qəbələ" Fransada "Lil"in qonağı olacaq. "Qırmızı-qaralar"ın son iki mövsümdə Avrokuboklardakı uğurlu çıxışı bu axşamkı oyun haqqında da nikbin düşünməyə imkan verir. Biz də Olimpsport.az saytı olaraq "Qəbələ" azarkeşləri ilə söhbət edib, oyun haqqında fikirlərini öyrəndik.
Cavad Şərifli: "Avropa liqasinda "Qəbələ"nin bu ilki oyunlarına baxsaq, "Lill"ə oyun biz azarkeşləri heç də qorxutmur. Komandamızın yaxşi formada olması, hər oyunda qollar vurması bizi ümidləndirir. Fikrimcə bu axşam bizi gözəl oyun gozləyir. Gələr-gəlməz komandaya uyğunlaşan transferlərimizin, ən əsası baş məqqiçimiz Roman Qriqarcukun yenidən bizlərə sevinc bəxş edəcəyini gözləyirik. Qələbə vəya qollu heç-heçə yaxşı nəticə olar. "Lill" kimi komanda qarsisinda, üstəlik də səfərdə qollu minimal hesablı məğlubiyyət də o qədər pis nəticə sayilmamalidir. Hesab fikrimcə 1:1 ya 2:1 olar. Amma nəticədən aslı olmayaraq, biz hər zaman komandamızla qürur duyuruq və bu belə də qalacaq.Uğurlar, "Qəbələ"!"
Sevanə Nurullazadə:"Oyunun maraqlı olacağı və hər iki tərəfin hücumları ilə keçəcəyi aydındır. Təxminən heç-heçə gözləyirəm, amma məğlub olmagı da gözə alıram, çunki "Lill" deyəndə hər kəsin ağlına güclüvə təcrübəli komanda gəlir. Nəzərə alaq ki onlar III mərhələdən mübarizəyə qoşulurlar. "Qəbələ" isə bu günə qədər artıq 4 oyun kecirib. Bir tərəfdən təcrübə qazandırsa da digər tərəfdən terefedne yorgunlug yaradar komandada. Buna gorə də heç-heçə və məğlubiyət gözləyirəm. Amma təbii ki, arzum və istəyim qələbə qazanmağımızdır."
Sarvan Feyruzov: "Deyə bilərəm ki, "Lill" çox güclü komandadı. Bu komandanın Top-5 Liqa təmsilçisi olmağı her şeyi deyir. Amma futbolda keçilmez rəqib yoxdur. Komandamız mövsümə çox yaxşı start verib. Ön xətt çox güclüdü. Buna göre "Qəbələ"nin açıq oyun oynayacağını düşünürəm. Fikrimcə "Qəbələ" səfərdən sərfəli nəticə ilə dönəcək. Müdafiə xətti bir qədər diqqetli olsa, Fransadan qələbə ilə də qayıtmaq olar."