Mərakeş - İran matçının ən yaxşısı bəlli oldu

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Mərakeş - İran matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Mərakeş yığmasının yarımmüdafiəçisi Amine Harit seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Mərakeş yığması son dəqiqələrdə buraxdığı qolla İrana 0:1 hesabıyla uduzub. Buna baxmayaraq, Almaniyanın “Şalke” klubunda çıxış edən Harit oyundakı fəallığı ilə matçın qəhrəmanına çevrilməyi bacarıb.