Portuqaliya - İspaniya matçının ən yaxşısı açıqlandı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Portuqaliya - İspaniya matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Portuqaliya yığması bu oyunda ispanlarla 3:3 hesablı heç-heçəyə nail olub. Bu 1 xalın qazanılmasında portuqalların kapitanı Ronaldo het-triklə əsas pay sahibinə çevrilib.