DÇ-2018: Fransa və Argentina ilk matça çıxır
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün C və D qruplarında yer alan komandaların iştirakçı ilə daha 4 oyun keçiriləcək.
Günün ilk matçında DÇ-nin əsas favoritlərindən sayılan Fransa Avstraliya ilə qarşılaşacaq.
Mundialın daha bir favoriti, Lionel Messili Argentina millisi də İslandiya ilə üz-üzə gələcək.
Daha bir görüş Peru və Danimarka yığmaları arasında baş tutacaq.
Günün son matçında isə Xorvatiya və Nigeriya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
DÇ-2018
16 iyun
C qrupu
14:00. Fransa - Avstraliya
Baş hakim: Andres Kunya (Uruqvay).
Kazan. “Kazan Arena”.
D qrupu
17:00. Argentina - İslandiya
Baş hakim: Simon Marçinyak (Polşa).
Moskva. “Spartak” stadionu.
C qrupu
20:00. Peru - Danimarka
Baş hakim: Bakari Qassama (Qambiya).
Saransk. “Mordoviya Arena”.
D qrupu
23:00. Xorvatiya - Nigeriya
Baş hakim: Sandro Riççi (Braziliya).
Kalininqrad. “Kalininqrad” stadionu.