Çakır tarixə düşdü

Türkiyəli FİFA referisi Cüneyt Çakır Rusiyada təşkil olunan DÇ-2018-in Mərakeş – İran matçını idarə etməklə tarixə düşüb.  41 yaşlı hakim ardıcıl iki dünya çempionatında oyun idarə edən ilk türkiyəli ədalət təmsilçisinə çevrilib. 


Çakır 2014-cü ildə Braziliyada təşkil olunan DÇ-də də iş başında olmuşdu. O, həmin mundialda 3 oyun idarə etmişdi.


Qeyd edək ki, Çakırın bu dəfəki mundialda idarə etdiyi ilk oyunda İran Mərakeşi 90+5-ci dəqiqədə vurduğu yeganə qolla məğlub etdi. Türkiyəli FİFA referisi bu oyunda bütövlükdə 4 sarı vərəqə göstərdi ki, onlardan 3-ü iranlı, 1-i isə mərakeşli futbolçulara “qismət oldu”.


Çakır bu matçla 162-ci beynəlxalq oyununu idarə etdi.