Fransa - Avstraliya matçının ən yaxşısı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Fransa - Avstraliya matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Fransa yığmasının hücumçusu Antuan Qrizmann seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Fransa yığması bu oyunda Avstraliyaya 2:1 hesabıyla qalib gəlib. İspaniyanın “Atletiko” klubunda çıxış edən Qrizmann isə penaltidən vurduğu qolla bu görüşdə hesabı açan oyunçu olub.