Argentina - İslandiya matçının ən yaxşısı açıqlandı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Argentina - İslandiya matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı İslandiya yığmasının qapıçısı Hannes Halldorsson seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, İslandiya yığması bu oyunda mundialın favoritlərindən hesab olunan Argentina ilə 1:1 hesablı heç-heçəyə nail olub. İslandların qolkiperi isə oyun ərzində bir neçə qurtarışı ilə komandasının 1 xal qazanmasında əsas pay sahiblərindən biri olub.