Dünya çempionatlarında ilk: Qardaş qardaşı əvəzlədi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində ötən gün keçirilən Mərakeş - İran oyunu tarixə düşüb. Bu görüşdə Mərakeş yığmasının heyətində qardaş qardaşı əvəz edib.

Belə ki, start heyətində meydana çıxan Nordin Amrabat qarşılaşmanın sonlarında ağır zədə alıb və əvəzlənmək məcburiyyətində qalıb. Məşqçilər korpusu isə matçın 75-ci dəqiqədə Nordini qardaşı Sofyan Amrabatla əvəz ediblər. Dünya çempionatları tarixində indiyə qədər belə bir fakt qeydə alınmadığından, Amrabat qardaşları tarixə düşüblər.


Amrabat qardaşlarının hər ikisi yarımmüdafiəçidi. Nordin son mövsümü İspaniyanın “Leqanes” klubunda keçirsə də, müqavilə ilə İngiltərə “Uotford”una məxsusdu. Sofyan isə Hollandiyanın “Feyenoord” klubunda çıxış edir.


Qeyd edək ki, Mərakeş yığması matçın 90+5-ci dəqiqəsində buraxdığı qolla İrana 0:1 hesabıyla məğlub olub.