Narkomaniya əleyhinə güləş yarışı keçirilib - FOTOLAR

Bu gün "Olimpsport" jurnalının təşkilatçılığı ilə sərbəst güləş üzrə azyaşlı uşaqlar və yeniyetmələr arasında "Narkomaniya əleyhinə" Respublika turniri keçirilib. Turnirdə bölgələr də daxil olmaqla ümumilikdə 150-ə yaxın güləşçi qüvvəsini sınayıb.

Yarışın açılış mərasimində çıxış edən "Olimpsport" jurnalının baş redaktoru, əməkdar məşqçi Ramin Allahverdiyev ilk öncə yarış iştirakçılarını salamlayıb. Daha sonra güləş idman növündə xidmətlərinə görə, İlham Məmmədov, Ceyla Nağızadə, Zaur Şərifov, Akif Qurbanov, Ceyhun Ağamalıyev, Raci Cavadzadə, Azər Zaxarov,Xəyal Əliyev, Əlisa Abbasov, və Vüqar Cavadov "Olimpsport" jurnalı tərəfindən xüsusi diplomla təltif olunublar.

Yarışda yer tutmuş idmançılar da təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, yarış zamanı "Nömrəm.az" şirkəti də ən texnikalı, ən nizam-intizamlı və "narkomaniya qarşı mübarizənin ən yaxşı yolu idmandır"devizi səslənditən idmançıya mobil nömrə hədiyyə etmişdir.