Favoritdən gözlənilməz nəticə

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Günün son oyununda beşqat dünya çempionu Braziliya İsveçrə ilə münasibətlərinə aydınlıq gətirib. Digər favoritlər kimi, braziliyalılar da mundialdakı ilk oyunda qələbəyə həsrət qalıblar.

Braziliya - İsveçrə 1:1
Qol: Koutinyo, 20 - Suber, 50.
Baş hakim: Sezar Ramos (Meksika).
Rostov. “Rostov Arena”.


Braziliya: 1. Alisson, 14. Danilo, 2. Tiaqo Silva, 3. Miranda, 12. Marselo (k), 15. Paulinyo, 5. Kazemiro, 11. Filipe Koutinyo, 19. Villian, 9. Qabriel Jezus, 10. Neymar.
Ehtiyat oyunçular: 4. Jeromel, 6. Filipe Luiş, 7. Duqlas Koşta, 8. Renato Auqusto, 13. Markinyos, 16. Kassio, 17. Fernandinyo, 18. Fred, 20. Firmino, 21. Tayson, 22. Faqner, 23. Ederson.
Baş məşqçi: Tite.
İsveçrə: 1. Yan Zommer, 5. Manuel Akandji, 13. Rikardo Rodriges, 22. Fabian Şer, 2. Ştefan Lixtştayner (k), 10. Qranit Caka, 11. Valon Bexrami, 14. Stiven Suber, 15. Blerim Cemaili, 9. Haris Seferoviç, 23. Cerdan Şakiri.
Ehtiyat oyunçular: 3. Jak-Fransua Mubandje, 4. Niko Elvedi, 6. Mixail Lanq, 7. Brel Embolo, 8. Remo Froyler, 12. İvon Mvoqo, 16. Jelson Fernandeş, 17. Denis Zakariya, 18. Mario Qavranoviç, 19. Yosip Drmiç, 20. Yoan Curu, 21. Roman Burki.
Baş məşqçi: Vladimir Petkoviç.